Accessibility links

İranla diplomatiya üçün qapı açıqdır


ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalə

İranın nüvə sahəsində beynəlxalq öhdəliklərinə əməl etmədiyi bir şəraitdə prezident Barak Obama iki istiqamətdə siyasət yürüdür. O, İran liderlərinə nüvə məsələsini diplomatik yolla həll etməyi təklif edir və eyni zamanda buna əməl olunmadığı və məsələdə inkişaf əldə edilmədiyi halda, İranı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə və nüvə proqramı ilə bağlı narahatlıqları ünvanlamağa inandırmaq üçün İran rejiminə sanksiyalar vasitəsilə təzyiq göstərir.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar, habelə ABŞ və başqa ölkələr tərəfindən təsdiq edilmiş sanksiyalar İran iqtisadiyyatına öz təsirini göstərir.

İran bir neçə ay susduqdan sonra fevral ayında Avropa İttifaqının xarici məsələlər üzrə yüksək nümayəndəsi Ketrin Eştonun Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya adından Avropa İttifaqının oktyabr ayına qədər uzaldılmış danışıqlar təklifinə cavab vermişdir. Şuranın beş daimi üzvü olan Britaniya, Çin, Fransa, Birləşmiş Ştatlar və Rusiya üstügəl Almaniya İranla onun nüvə proqramı ətrafında əvvəllər danışıqlar aparıb.

Qrup İranın danışıqlara başlamaq təklifinə cavabını qəbul etməyə rəsmən razı olub.

Ketrin Eşton açıqladığı bəyanatda bildirib:”Bizim məqsədimiz İranın dinc məqsədli nüvə enerjisindən istifadə etmək hüququna hörmət etməklə bərabər, onun nüvə proqramının tamamilə sülh mahiyyəti daşıdığına beynəlxalq etimadı bərpa etmək üçün danışıqlar yolu ilə əhatəli və uzun müddətli bir həll yolunun tapılması olaraq qalır.”

Vaşinqtonda mətbuat konfransında danışan prezident Obama İran liderlərinin danışıqlar masasına qayıtmaq istəyinə işarə etdiyini qeyd edib. “Biz bir imkan əldə etmişik, görək bundan nə çıxacaq”-deyə prezident Obama bildirib. O deyib:” Biz İran rejiminin beynəlxalq ictimaiyyətə öz öhdəliklərinə əməl etdiyi və nüvə silahı istehsalına çalışmadığına dair qarantiyalar verməklə, millətlər birliyinə qayıda bilməsi üçün imkan yaratdığımız halda belə, təzyiqləri davam etdirəcəyik.”

Prezident Obama İranın nüvə silahları istehsal edə bilməsinin qarşısını almaq işinə sadiq qaldığını vurğulayıb. “Mən inanıram ki, məsələnin diplomatik yolla həlli üçün bir imkan əldə etmişik”-deyə prezident Obama bildirib.

XS
SM
MD
LG