ABŞ prezidenti Ağ evdə Fransa prezidentini qəbul edib

  • Amerikanın səsi

Fransa prezidenti Fransua Olland və ABŞ prezidenti Barak Obama Ağ evdə ilk dəfə təkbətək görüş baş tutub.

Ağ evdə görüş dövlət başçılarının ABŞ prezidentinin Vaşinqton ətrafında yerləşən Kemp Deyvid iqamətgahında sənayesi inkişaf etmiş ölkələrin Böyük Səkkizlər qrupunun zirvə toplantısının açılışında iştirakından sonra keçirilib.

Danışıqlardan sonra prezident Obama Fransa prezidenti ilə danışıqların diqqət mərkəzində avro məkanında yaranmış durumun olduğunu bildirib. Cənab Ollande Avropada borc böhranından çıxmaq üçün diqqətin iqtisadi inkişaf məsələsinə yönəldilməsinin vacibliyini vurğulayıb.

Cənab Obama danışıqlar zamanı Avropada böhranın dünya iqtisadiyyatı üçün fövqəladə əhəmiyyəti məsələsində mövqelərin üst-üstə düşdüyünü deyib. Fransa prezidenti Yunanıstanın avro məkanında qalmalı olduğunu məsələsində cənab Obama ilə fikir biriliyinin olduğunu bildirib.