Accessibility links

Beynəlxalq Valyuta Fondu avrozonada borc məsuliyyətinin paylaşılmasına çağırır


Beynəlxalq Valyuta Fondunun rəhbəri 17 üzvlük avrovalyuta blokunu bir-birlərinin borcları üçün üzərlərinə məsuliyyət götürməyə çağırıb. Almaniya isə qəti şəkildə müştərək avrozona qiymətli kağızlarının satılmasının əleyhinə çıxır. BVF-in əvəzləyici direktoru Kristin Laqard Londonda keçirilən mətbuat konfransında çıxış edib.

“Biz hesab edirik ki, görülməsi mümkün olan çox işlər var, ələxüsus borcların bölüşdürlməsi sahəsində müxtəlif variantlar var. Struktural islahatlar vasitəsilə iqtisadiyyatları dirçəltmək mümkündür, əlbəttə ki, biz stimul paketlərini istisna edirik. Belə ki, üzv dövlətlərin çoxu bunun öhdəsindən gələ bilməz.”

Dünyanın 34 dövlətini təmsil edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı həmçinin müştərək qiymətli kağızların satılmasına çağırıb. Qurum avrozona iqtisadiyyatı ilə bağlı gözləntiləri endirərək bu il iqtisaiyyatın 0.1 faiz kiçiləcəyini proqnozlaşdırıb.

XS
SM
MD
LG