Amerikada yaşayan azərbaycanlılar Xocalı hadisələrinin anılması məqsədilə məktub kampaniyası keçirir

Amerikada yaşayan azərbaycanlılar Xocalı hadisələrinin anılması məqsədilə məktub kampaniyası keçirir

Amerikada yaşayan azərbaycanlılar Xocalı hadisələrinin anılması məqsədilə məktub kampaniyası keçirir. Bu, artıq dördüncü ildir ki, ABŞ-da yaşayan həmvətənlərimiz və soydaşlarımız Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir. Bu məktubların bir hissəsi mətbuatda dərc edilib, Konqres üzvləri onlara cavablar yazıb, bəzi ştatların rəsmiləri bəyannamələr və rəsmi sənədlər qəbul edib. Məktubda deyilir ki, 1992-ci il fevral ayının 26-da Xocalıda Azərbaycan vətəndaşlarının kütləvi qətliamının 19-cü ildönümü tamam olduğu zaman Amerikada yaşayan azərbaycanlılar ABŞ Konqresini hadisələrə qiymət verib bu günü anmağa və Ermənistan hökumətinə qətliama görə məsuliyyəti boynuna alması və hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkməsi üçün təzyiq göstərməyə çağırır.