Urmiyəli siyasi fəal edama məhkum olunub

  • Insafəli Hidayət

Urmiyəli siyasi fəal edama məhkum olunub

Urmiyəli siyasi fəal Behruz Alxani edama məhkum olunub. Alxaninin ölüm cəzası barədə məlumat Güney Azərbaycan Öyrənci Hərəkatı, Cərəs və Peyki İran veb səhifələrində yayılıb.
İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi məlumatına görə, Əkbər Əkbərpurla birlikdə həbs edilən Behruz Alxani bir il İttilaat idarəsinin təcridxanasında saxlanılıb. İşgəncələrə məruz qalan müttəhimlər Urmiyənin İnqilab Məhkəməsində mühakimə olunub. İnqilab Məhkəməsi Alxanini edama və Əkbərpuru 13 il həbs cəzasına məhkum edib.
Xəbər mənbələri onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat vermir. Bəzi məlumatlarda onların İran hökuməti əleyhinə qruplarla əməkdalıqda günahlandırıldığı bildirilir. Xəbərlərdə onların vəkillə təmin edilib-edilmədiyindən bəhs edilmir.