İranda azərbaycanlıların haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani sərbəst buraxılıb.
APA Agentliyinin məlumata görə, Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin qərarı ilə 100 min ABŞ dolları qarşılığında zaminə buraxılıb. Hazırda evində olan A. Lisani APA-ya bildirib ki, cinayət işi üzrə növbəti məhkəmə prosesinin keçiriləcəyi tarix bəlli deyil və səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, A.Lisani sentyabrın 9-da saxlanılıb. O, Urmiya gölünün quruması ilə bağlı İran hökumətinin siyasətinə qarşı keçirilən aksiyaların təşkilində, dövlətin əleyhinə çıxışlarda ittiham olunur.
Cənab Lisani Urmiya gölünün quruması ilə bağlı İran hökumətinin siyasətinə qarşı keçirilən aksiyaların təşkilində, dövlətin əleyhinə çıxışlarda ittiham olunur.