Urmiyə Gölü etirazlarına qatılan fəalların əksəriyyəti ittiham oxunduqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb
İyun ayının 9 və 10-da Urmiyə Gölü ətrafında ekoloji fəlakətlə bağlı İran hakimiyyətinin siyasətinə etirazın təşkili və ya nümayişlərdə iştirak səbəbilə nəzarət altına alınmış güneyli fəalların pantürkizm fəaliyyətləri göstərmək və siyasi toplantı keçirməkdə ittiham edildikləri bildirilir.
Azərbaycan veb səhifələrinin məlumatına görə, Urmiyə şəhərində nəzarətə alınmış fəallardan Nima Həsəni, Ata Kərimi və Yasir Əkbəri ötən günlərdə 20 milyon tümən zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar. Təqribən 20 digər urmiyəli fəal isə daha öncə sərbəst buraxılmışdı.
Urmiyə Gölü müdafiəçilərinə qarşı irəli sürülən ittihamlar Prokurorluğunun 9. Şöbəsi tərəfindən oxunub. Müvəqqəti sərbəst buraxılan fəalların məhkəməyə çağırılacağı gözlənilir.
Oyan News saytının yazdığına görə, İyunun 10-da Təbrizdə keçirilən aksiyalarda nəzarət altına alınmış fəallardan Nima Abbaspur gözlərində problem yaşadığına baxmayaraq lazımi dərman və tibbi imkanlarla təmin edilməyib. Yayılan məlumata əsasən Abbaspurun gözləri bu yaxınlarda əməliyyat olunub.
Təbrizdə Urmiyə Gölü ilə bağlı həbs edilmiş fəallar Əkbər Abulzadə və Abdullah Nuri hazırda Təbrizin Mərkəzi zindanında saxlanılırlar.
Təbrizdə Urmiyə Gölü ilə bağlı həbs edilmiş Nima Abbaspur, Mir Yasin Seyyid Hüseyni, Əkbər Abulzadə, Abdullah Nuri və Vəhid Vəlizadə hazırda Təbrizin Mərkəzi zindanında saxlanılırlar.
İyunun 10-da Urmiyə gölünün sahillərini əhatə edən Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin mərkəzləri Təbriz və Urmiyədə milli fəallar və şəhər əhalisi İran dövlətinin ekoloji məsələləri ilə bağlı siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər.
Etirazçılar prezident Həsən Ruhaninin Urmiyə Gölü ilə bağlı verdiyi sözlərə əməl etdmədiyini irəli sürüb.
Hər iki şəhərdə İran polisi və təhlükəsizlik qüvvələri bir çox iştirakçını həbs edərək etiraz aksiyalarını dağıtmağa cəhd edib.
Etiraz aksiyalarında “Ruhani, Ruhani, vədlərin bəs hanı?”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa, uduzdu”, “Urmu gölü səslənir; susuzam haray haray” və “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndirilib.