Accessibility links

Kütləvi etirazlardan sonra Təbriz və Urmiyədə təhlükəsizlik atmosferi


Hazırda 20-dən artıq etirazçının Ettelaat həbsxanalarında sorğu-sual edildiyi bildirilir

İyun ayının 10-da Urmiyə və Təbriz şəhərlərində İran İslam Respublikasının Urmiyə gölü ətrafında ekoloji fəlakətlə bağlı siyasətinə qarşı baş verən kütləvi etirazlardan sonra iki şəhərdə hələ də təhlükəsizliklə bağlı vəziyyətin gərgin olduğu bildirilir.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Təbriz və Urmiyədən əlavə, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın bəzi digər şəhərlərində də əsas küçələr polis və təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Aksiyalar zamanı nəzarət altına alınmış bəzi etirazçılar sərbəst buraxılsa da, 20-dən çox milli fəalın hazırda Ettelaatın Təbriz və Urmiyədəki həbsxanalarında sorğu-sual edildiyi ilə bağlı xəbərlər yayılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumatlarda həbs edilənlər arasında Nima Həsəni, Məhəmməd Məhəmmədi, Ata Kərimi, Milad Muxtari, Ruhullah Məzahiripur, Əmir İbrahimlı, Yasin Hacizadə, Ehsan Bədirmilan, Yasir Əkbəri, Mustafa Haşimi, Mir Yasin Hüseyni, Əkbər Əbulzadə, Nima Abbaspur, Arman Zakir, Əfşin İsmayılzadə, Süheyl Qadiri, Tovhid Muqənni və Vəhid Vəlizadə kimi fəalların adları qeyd edilib.

Oyan News veb səhifəsinin yazdığına görə, etirazçılar Urmiyə gölünün qurumasını İran dövləti və məclisinin məsuliyyətsiz davranması ilə əlaqələndiriblər.

Etiraz aksiyalarında “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu”, “Urmu gölü səslənir; susuzam haray haray” və “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG