Baş nazir Ərdoğan Türkiyənin fələstinlilərə dəstəyini bir daha vurğuladı

  • Amerikanın səsi

Baş nazir Ərdoğan Türkiyənin fələstinlilərə dəstəyini bir daha vurğuladı

Çıxışının böyük hissəsini İsrail-Fələstin münaqişəsi və ərəb dünyasında baş verən proseslərə həsr edən cənab Ərdoğan Kipr problemi və Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsinə toxundu

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının illik sessiyasında çıxışı zamanı İsrail hökumətini Yaxın Şərq sülh danışıqlarında durğunluğun yaranmasına görə günahlandırıb və yəhudi dövlətinə qarşı beynəlxalq təzyiqlərin artırılmasına çağırıb. Cənab Ərdoğan çıxışının böyük hissəsini İsrail-Fələstin münasibətləri və ərəb ölkələrində xalq hərəkatlarına ayırmış, Kipr probleminin çözülməsini və Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyin məsələsinə toxunmuşdur.

Bir zamanlar Türkiyə və İsrail arasında yaxın münasibətlər keçən il İsrailin Qəzzaya blokada qoymasına baxmayaraq, oraya yardım çatdırmağa çalışan gəmidə insan ölümülə nəticələnmiş reydindən sonra gərginləşmişdir. Cənab Erdoğanın BMT-nin Baş Assambleyasında çıxışı zamanı bir daha İsraildən doqquz türk vətəndaşının ölümülə nəticələnmiş reydə görə üzrxahlıq tələb etməsi və Netanyahu hökumətini fələstinlilərlə pis rəftara görə tənqid etməsi münasibətlərin bugünkü durumunu əks etdirirdi.

Türkiyə lideri İsraili BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə tənqid edərək, sülhə nail olmaq İsrailə beynəlxalq səviyyədə təzyiq göstərilməli olduğunu deyib.

Baş nazir Ərdoğan Türkiyənin Fələstin dövlətinin tanınmasına dəstək verdiyini və fələstinlilərə BMT-də üzv statusu verilməli olduğunu deyib.

Cənab Ərdoğan Türkiyənin İsrail xalqı ilə problemi olmadığını vurğulayaraq, İsrailin yəhudi dövlətinə tarixən dost münasibət bəsləyən bir ölkəyə qarşı səhv addım atdığını deyib. O bildirib ki, İsrail üzr istəməli, şəhidlərə təzminat ödəməli və Qəzzanın blokadasına son qoymalıdır.

Baş naziri Rəcəp Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında çıxışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağa münaqişəsinin nizamlanması prosesinə də toxundu. Türkiyə lideri Azərbaycan torpaqlarının işğalına son qoyulmalı olduğunu dedi. O, BMT-də müraciət edərək dedi ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır.

Cənab Ərdoğan dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq ictimiayyətin səylərini gücləndirilməli olduğunu bildirdi. O, gələcəyin təhlükələrinə cavab vermək üçün BMT-nin liderlik nümayiş etdirə bilmədiyini qeyd etdi və təşkilatda yeniliyə ehtiyac olduğunu bildirdi.

BMT-də çıxışından sonra Türkiyə Baş naziri BMT-nin Baş katibi Ban Ki Munla görüşüb. Görşü zamanı cənab Ərdoğan Palmer Komissiyasının İsrailin reydi ilə bağlı BMT-nin hesabatından Türkiyənin razı qalmadığını Baş katibin nəzərinə çatdırıb.