Accessibility links

Rəcəb Tayyib Ərdoğan Misirdə Müsəlman Qardaşları təşkilatının liderləri ilə görüşüb


Rəcəb Tayyib Ərdoğan Misirdə Müsəlman Qardaşları təşkilatının liderləri ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Misirdə Müsəlman Qardaşları təşkilatının liderləri ilə görüşüb

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Fələstin məsələsində mövqeyinə görə Misirdə qəhrəman kimi alqışlandıqdan sonra bu gün Müsəlman Qardaşları təşkilatının liderləri ilə görüşüb. Cənab Ərdoğanın islam meylli siyasi partiyası və onun seçkilərdə uğuru Misirdə azad və demokratik seçkilərə hazırlıqlar görüldüyü bir vaxt ölkədə Müsəlman Qardaşları kimi siyasi qruplar üçün model rolunu oynayır. Qahirədə insan kütlələri cənab Ərdoğanı tərəfidən alqışlamışdır. Bəzi misirlilər cənab Ərdoğanın İsrailin keçən il Qəzzaya yollanan gəmidə doqquz Türkiyə vətəndaşının ölümülə nəticələnmiş reydə görə üzr istətəməməsinə məsələsində tutduğu mövqeyi dəstəklədiklərini bildiriblər. Misirlilər həmçinin Türkiyə baş nazirinin BMT-də Fələstin dövlətinin tanınması məsələsinə dəstəyini bəyənir. Cənab Ərdoğan Ərəb Liqasının Qahirədəki nümayəndələrinə dünən deyib ki, BMT-də Fələstin bayrağının ucaldılmasının vaxtı gəlib çatıb. Baş nazirin Şimali Afrika ölkələrinə dörd günlük səfəri Türkiyənin siyasi təlatümlər dövrünü yaşayan regionda artmaqda olan nüfuzunu genişləndirmək məqsədi daşıyır.

XS
SM
MD
LG