Umpqua mayakı

Your browser doesn’t support HTML5

US101 magistral yolunu fərqli və həyəcanlı edən səbəblərdən biri də sahilboyu müxtəlif gözoxşayan mayakların olmasıdır. Biz də səfərimizin üçüncü günü Umpqua mayakını ziyarət etmək, fənər otağı, Umpqua muzeyi və Oreqon mayakları haqqında daha çox məlumat toplamaq qərarına gəldik. Muzeyin bələdçisi bizə ABŞın ilk mayakları, onların quruluşu, fərqli cəhətləri, mayak gözətçiləri və onların gəmiçilik, hərb və yükdaşıma sahəsi üzrə önəmlərindən danışdı. 1894-cü ildən bu günə qədər fəaliyyət göstərən Umpqua mayakı Oreqon ştatında salınmış 9 mayakdan ilkidir.