Boks çempionu Vitali Kliçko Ukraynada deputat seçildi

Ağır çəki üzrə dünya boks çempionu Vitali Kliçko digər döyüşdə özünü sınamağa hazırlaşır.

O, bazar günü Ukraynada keçirilən parlament seçkilərində UDAR partiyasının başçısı kimi millət vəkili seçilib. Ukrayna Demokratik Alliyans və Reformalar partiyası nın abreviyatürası UDAR, ukrain dilində “zərbə” anlamına gəlir.

Boyu iki metrdən yüksək olan idmançı seçki kampaniyası çərçivəsində Urkayna prezidenti Viktor Yanukoviç hökumətini korrupsiyada və prezidenti öz tanışlarını vəzifələrə təyin etməkdə ittiham edib. İlkin seçki nəticələrindən sonra Kliçko müxalifətə keçəcəyini bildirib.

Siyasi proseslər Kliçko üçün yenilik deyil. O, Kiyev meri olmaq üçün iki dəfə uğursuz cəhd edib. Öz veb səhifəsindəki bəyanatında o, siyasətə girməsinin əsas səbəbi kimi ölkəsinin “daha yaxşı gələcəyə” sahib olmaq istəyini göstərib.

İdmançı deputat qonşu Şərqi Avropa dövlətlərinə nisbətən Ukraynanın geridə qalmaqda davam etdiyini bildirib. Ukrayna Rusiyadan sonra Sovet İttifaqından qopmuş ikinci ən böyük dövlətdir.

Kliçko ağır çəki üzrə dünya boks kəmərini üçüncü dəfə qazanmaqla Məhəmməd Əli, Evander Holifild və Lennoks Levişdən sonra tarixə düşən dördüncü boksçu olub.