Türkiyədə restoran mübahisələri

  • Amerikanın səsi

Türkiyədə restoran mübahisələri

İstanbul şəhərinin kafe və barlarında yemək yeyən müştərilərin qarşısından masaların yığışdırılmasına səbəb kimi yol hərəkətinə mane olunması göstərilib. Lakin bəziləri buna Ramazan ayının səbəb olduğunu düşünür.

Bu yaxınlarda yüzlərlə restoran, bar və digər bizneslərin sahibləri etiraz aksiyası keçirib. Mübahisələr türk rəsmilərinin Asmalıməscid rayonunda açıq kafedən stol və stulların yığışdırılması ilə başlayıb. Baxmayaraq ki, restoranlar küçədən istifadə etmək üçün pul üdəyir.

Bu məhəllə bir zamanlar yunan və ermənilərin yaşadığı bölgə və əyləncə mərkəzi idi. Son illər burada aparılan təmir işlərindən sonra bu rayon daha çox turist mərkəzinə çevrilib.

Türkiyə mətbuatının yazdığına görə, baş nazir RəcəpTayyib Ərdoğan bu məhəllədən keçərkən çox təəcüblənib. O, şəhər merindən ölçülər götürülməsini tələb edib.

Türkiyədə Ramazan həmişə dindarlarla dünyəvi insanlar arasında gərginlik mövsümü olub. Son sorğuların nəticələri göstərib ki, mühafizəkarların sayı son illər artıb. Respondentlərin 44 faizi Ramazan ayında restoranların bağlanmasını dəstəkləyir. 2007-ci ilin sorğularına görə, belə mövqedə olanlar 37 faiz təşkil edirdi.

Türkiyədə Ramazan ayı bu il isti hava mövsümünə təsadüf edib. Bir çox restoran işçisi işini itirib. Belə bir güclü təəssürat hökm sürük ki, onlar dini həssaslığın qurbanı olub.