Türkiyədə Əfqanıstanla bağlı konfrans keçirilib

  • Amerikanın səsi

Türkiyədə Əfqanıstanla bağlı konfrans keçirilib

Türkiyədə 2014-cü ildə xarici qüvələrin Əfqanıstanı tərk etməsindən sonra təhlükəsizliyin gələcəyi və iqtisadi inkişaflar mövzusunda konfrans keçirilib. Müzakirələrdə 20 ölkə rəsmiləri ilə bərabər NATO-nun Əfqanıstandakı missiyasının təmsilçiləri də iştirak edib. Regional təhlükəsizlik məsələsinin müzakirəsi ilə yanaşı, Əfqanıstan münaqişəsinin siyasi yolla həlli də gündəmə gətirilib.

Əfqanıstan prezidenti Həmid Karzay Talibanın hələ də Əfqanıstanın sabitliyinə hədə olduğunu deyib. O, Pakistanı o ölkədə yerləşən Taliban liderləri ilə müzakirələrə yardım etməyə çağırıb.

Konfran iştirakçıları Əfqanıstana təhlükəsizlik və barışıq sahələrində yardım göstərilməsinə dair razılıq əldə edib.

Tədbir Əfqanıstan, Türkiyə və Pakistan prezidentləri–Həmid Karzay, Abdulla Gül və Asif Əli Zərdari arasında keçirilən görüşdən sonra təşkil edilib.