Türkiyədə 35 insanın dəfn mərasiminə minlərlə insan toplaşıb

  • Amerikanın səsi

Türkiyədə 35 insanın dəfn mərasiminə minlərlə insan toplaşıb

Türkiyədə hava zərbələri nəticəsində həlak olan 35 insanın dəfn mərasiminə minlərlə insan toplaşıb.

Türkiyə onların İraq sərhədləri yaxınlığında kürd yaraqlılarına qarşı hücum zamanı həlak olduqlarını təsdiq edib. Dəfn mərasiminə toplaşanlar baş nazir Rəcəp Tayyib Ərdoğanı qatil adlandırıb.

Ərdoğan hadisəyə görə təəssüfünü bildrərək deyib ki, heç bir dövlət öz xalqını qəsdən bomba hücumuna məruz qoymaz.

Türkiyə prezidenti Abdulla Gül də hücumla bağlı təəssüfünü dilə gətirib

Şırnak vilayətinin rəsmiləri bildirirlər ki, qurbanlar güman ki, İraqın şimalından Türkiyəyə yanacaq və şəkər aparırdı. Hərbçilər isə onları PKK döyüşçüləri ilə çaşdırıblar.

Türkiyə hərbçilərinin bəyanatında deyilir ki, ərazidə qiyamçıların mövcudluğu qeydə alınıb.

PKK 20 ildən artıqdır ki, Türkiyədə kürd muxtariyyatı uğrunda mübarizə aparır. Döyüşlər on minlərlə adamın həyatına son qoyub.

Türkiyə, Avropa İttifaqı və ABŞ PKK-nı terrorçu qrup hesab edir.