Səməd Behrənginin həyatı və əsərləri barədə bir qədər məlumatı olan jurnalistə onun haqqında yazmaq üçün onun əsərlərinin təmsil olunduğu bir tədbirin keçirilməsinə ehtiyac belə yoxdur. Onun adını və ya əsərlərini bir yerdə görmək bunlar haqda danışılmasını eşitmək oturub Səməd və onun əsərləri barədə bir neçə cümlə yazmaq üçün kifayətdir.
Balaca qara balıq Səmədin əsərləri arasında həmişə seçilib, çoxlu dillərə tərcümə edilib. Bu dünyadan köçmədən yazdığı, çoxu fars dilində olan əsərləri İran ədəbiyyatında xüsusi bir yer tutan Behrənginin Türkiyədə uşaq ədəbiyyatı sahəsində gec də olsa tanınmağa başlaması sevindirici haldır.
Buna baxmayaraq onun əsərlərinin Türkiyə türkçəsinə tərcüməsi barədə ilkin səylər o qədər də uğurlu alınmayıb. Səmədin əsərləri və yaradıcılığı ilə yaxından tanış olanlar tərcümədə çoxlu səhflərə əlavə olaraq, əsərlərin tərcümə vaxdı bəzi yerlərinin dəyişdirilməsini məyyus edici bir hadisə kimi nəzərdə tuturlar.
Buna baxmayaraq TV serialından YouTuba ötürülmüş aşağıdakı videoda Səməd Behrənginin, "Balaca qara balığının" seçilməsi onun əsərlərinin Türkiyədə geniş kütlələr arasında tanınmağa başladığına bir işarədir. Qəribədir ki, onun kitabı bu video-lentdə çoxlu İran azərbaycanlı yazıçının əsərlərinin taleyindən o qədər də fərqli olmur. Heç olmasa Serialın YouTuba yerləşdirilmiş hissəsində vəziyyət belədir. Buna baxmayaraq kitabın bir nüsxəsinin bir şagird tərəfindən gizlədilib, sonra da müəlliməyə təqdim olunması məcazi mənada da olsa nikbin olmağa əsas verir. Hər halda "Balaca qara balığın" serialdakı bəlkə də kiçik amma mühüm rolu, Türkiyə də Səmədin əsərlərinin toplusunu tapmağın təsadüfi olmadığından xəbər verir.
Tərcümələrdəki nöqsanlara və ona qarşı irəli sürülən başqa iradlara baxmayaraq artıq Səməd Behrəngi fenomeni Türkiyədə kök salmağa və müxtəlif sahələrdə öz bəhrələrini verməyə başlayıb. Xatırladaq ki, bəzi ziyalılar inanır ki, İran Azərbaycanında 70-ci illərdən indiyə qədər elə bir yazıçı olmayıb ki, onun əsərləri Səməd Behrəngi yaradıcılığından təsir görməsin.