Accessibility links

Azərbaycanlı Siyamək Səbrinin Ankarada müəmmalı ölümü diqqətləri cəlb edib


04702
04702

merikanın Səsinin Azərbaycan xidməti Siyaməkə yaxın olan adamların bir neçəsiylə əlaqə saxlayıb və xəbərlərin doğruluğunu təstiq edib. Siyaməkin ölümünün səbəblərini araşdıran yaxın dostu Alp Güneyli iddia edir ki, Siyamək Səbri 20 gün əvvəl Ankarada özünü bir körpüdən ataraq intihar edib, amma o, intiharın səbəbini sual altına alır.

Şərqi Azərbaycanın “Ələmdar Gərgər” şəhərinin əhalisindən olan siyasi və mədəni fəal Siyamək Səbri Türkiyənin Ankara şəhərində intihar edib. Bu xəbər İran Azərbaycanının siyasi partiyalarının vebsaytlarında, habelə xəbər saytlarında geniş şəkildə yayılıb.“SANA News”, GAMOH və “Azərbaycan Xəbərləri” vebsaytı xəbəri “Tək Turan”-a istinadən yayıb.

Amerikanın Səsinin Azərbaycan xidməti Siyaməkə yaxın olan adamların bir neçəsiylə əlaqə saxlayıb və xəbərlərin doğruluğunu təstiq edib. Siyaməkin ölümünün səbəblərini araşdıran yaxın dostu Alp Güneyli iddia edir ki, Siyamək Səbri 20 gün əvvəl Ankarada özünü bir körpüdən ataraq intihar edib, amma o, intiharın səbəbini sual altına alır.

Siyamək təhsilini davam etdirmək üçün 5-6 ay əvvəl Türkiyəyə dönüb və orada yaşayan İran azərbaycanlı siyasi fəallarla sıx əlaqə saxlayıb. Evdən çıxdıqdan üç gün sonra onun cəsədi aşkar edilib.

Bəzi iddialara görə, Siyaməkin ölümü lentə alınıb, lakin bunu təsdiq etmək mümkün olmayıb. Ankara polisi videonu ailəsindən başqa heç kimə göstərilməyəcəyini bildirib.

Ailə üzvləri valideynlərinin xəstəliyinə görə onun ölüm xəbərinin yayılmasını istəmir.

Siyaməkin dostlarının bəzisi Norveç dövlətinin bu təhqiqatda iştirak etdiyini bildirir.

Belə ki, Siyamək Norveç vətəndaşıdır. Norveçin Xarici İşlər Nazirliyinin bu işə müdaxiləsi Siyaməkin dostları və ailəsi tərəfindən tələb edilib.

Siyaməkin bəzi dostları Norveç və Ankarada onun depressiyaya qarşı dərman qəbul etdiyini və bəzi ruhi problemlərə malik olduğunu deyir.

Siyamək Naxcıvan sərhədinə yaxın Ələmdar Gərgər şəhərində 1973-cü ildə doğulub, Təbrizdə boya-başa çatıb. Müxtəlif çətinliklərə görə Azərbaycan respublikasına qaçıb və Birləşmiş Millətlərin Qaçqınlar Təşkilatı vasitəsilə Norveçə yerləşib. Siyamək ömrünün son 10 ilini orada keçirib. O, Azərbaycanda keçirdiyi qaçqın həyatı barədə kitab yazıb, Norveçdə yayılılan kitab maraqla qarşılanıb.

Onun “Norveç yazıları” çoxlarına tanışdır. Siyamək Səbri bir sıra məqalə və oçerklərin müəllifidir.

Səbrinin bacısı türk polisi və Norveçin Ankaradakı səfirilə görüşməlidir.

Alp Güneyli iddia edir ki, bəziləri mövzunun üstünün açılmasını istəmir. Alp Güneyli onların şantaj edildiyini deyir.

XS
SM
MD
LG