Türkiyə baş naziri Somaliyə səfər edib (FOTOLAR)

Türkiyə baş naziri Somaliyə səfər edib (FOTOLAR)

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Somalinin paytaxtı Moqadişuda qaçqınlarla görüşərək onlara humanitar yardım aparıb və dünya ictimaiyyətinin diqqətini aclıqdan əziyyət çəkən ölkəyə yönəltməyə çalışıb.

Cənab Ərdoğan ailə üzvləri və kabinet nazirləri ilə son 60 ildə ən böyük quraqlıqla üzləşən Afika buynuzunda yaşananları görmək üçün bu gün səfərə gedib.

BMT Moqadişu da daxil olmaqla Somalinin 5 hissəsində aclıq olduğunu elan edib. Baş nazir Ərdoğan Somalidə iki qaçqın düşərgəsində və hospitalda olub. oradakı insanlar ərzaq və başqa yardım ləvazimatları çatdırıb.

Bu həftənin əvvəli cənab Ərdoğan müsəlman dövlətlərinə müraciət edərək Somalidə aclıqla mübarizəyə daha böyük vəsait ayırmağa çağırmışdı.

Türkiyədə İslam Konfransı Təşkilatının Türkiyədə keçirilən toplantısından sonra baş nazir Ərdoğan təşkilata üzv dövlətlərin Somaliyə ümumilikdə 350 milyon dollar yardım vəd etdiklərini bəyan etmişdi.

Birləşmiş Millətlər ən ağır vəziyyətdəki Somalidə 3.2 milyon insanın aclıq təhlükəsi qarşısında olduğunu bildirib. Təşkilat qeyd edib ki, Afrika buynuzu bölgəsində ümumilikdə 12 milyondan çox insanın yardıma ehtiyacı var.

http://www.youtube.com/embed/uo75PFVy9Qw