BMT xəbər verir ki, Somalidə aclıq üzündən evlərini tərk edən adamların sayı azalır, amma ölkədə ərzaq çatışmazlığı böhranı bitməyib.
BMT-nin Humanitar Məsələlər Üzrə Koordinasiya Ofisi bu ay Moqadişuya 5000 adamın gəldiyini xəbər verib. İyul ayında bu rəqəm 28000 idi.
Agentliyin həftəlik hesabatında deyilir ki, Keniya və Efiopiyadakı qaçqın düşərgələrinə pənah aparan adamların sayı da azalıb.
BMT agentliyi böhranın səngiməsini Somali Körfəzi, Gedo, Bakul və Hiran regionlarına, ələlxüsus Keniya və Efiopiya ilə sərhəd bölgələrə yardımın çatdırılması ilə izah edir.