Türkiyə 160 kürd üsyançısını öldürdüyünü açıqlayıb

Türkiyə 160 kürd üsyançısını öldürdüyünü açıqlayıb

Türkiyə ordusu bildirir ki, bu ayın əvvəlin İraqın şimalında hava və artileriya hücumu nəticəsində 160 kürd üsyançısı öldürülüb.

Bu gün açıqlanan bəyanatda ordu rəsmiləri bildirir ki, İraqın şimalındakı Zap və Qara regionlarında həyata keçirilən hücumlar zamanı 100-ə yaxın insan da xəsarət alıb. Bəyanatda 25-28 avqust tarixlərində baş tutan reydlərə 21 hava hücumunun daxil olduğu deyilir. Eyni vaxt kəsiyində həyata keçirilən artileriya hücumları isə 38 hədəfi vurub.

Son bir ildə ilk dəfədir ki, Türkiyə qüvvələri İraqın şimalında sübhəli üsyançıların mövqelərinə hücum edir. Reydlər PKK-nın Türkiyə təhlükəsizlik qüvvələrini öldürməsinin qisası məqsədi daşıyır.

Bu ayın əvvəli Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Ankaranın üsyançılara qarşı səbr kasasının daşdığını bildirmişdi.