Türkiyə rəsmiləri ölkənin cənub-şərqində yolkənarı bomba partlayışı nəticəsində mini-avtobusda olan bir neçə əsgərin yaralandığını deyib. İraqla sərhəddə yerləşən Hakkari vilayətində baş vermiş hadisəyə görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Bölgədə muxtariyyət uğrunda döyüşən Kürd yaraqlıları iyul ayından bəri 40 türk döyüşçüsü öldürüb. Türk qoşunları buna cavab olaraq altı gün davam edən hava zərbələri nəticəsində İraqın şimalında istehkamlanmış 100-ə yaxın PKK yaraqlısını öldürüb.