Türkiyədə kürd qanunvericilər bir deputatın mandatının əlindən alınmasına etiraz olaraq parlamentə boykot elan edib. Türkiyənin yeni parlamenti iyun ayının 28-i işə başlayacaq. Kürd Sülh və Demokratiya Partiyasının ötən həftə keçirilən seçkilərdə müstəqil namizəd kimi iştirak edən üzvləri parlamentə 550 yerin 36-nı qazanıb. Türkiyənin Yüksək Seçki Komissiyası fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə Partiyası- PKK adından təbliğat apardığına görə terrorçuluqla bağlı ittihamlar əsasında hazırda həbsdə olan Hatip Diclənin deputatlıq mandatını əlindən alıb.