Türkiyənin Ankara və İstanbul şəhərlərində minlərlə adam ötən həftə kürd qiyamçılarının 13 əsgərin ölümünə səbəb olmuş hücumuna etiraz əlaməti olaraq nümayişə çıxıblar.
Nümayişçilıər əllərində türk bayraqları yelləmiş və qiyamçılara qarşı şüarlar səsləndirmişlər.
Türkiyə rəsmiləri deyirlər ki, kürd militantlar Diyarbəkir vilayətində 13 əsgəri öldürmüş, yeddisini yaralamışlar. Döyüşdə yeddi qiyamçı öldürülüb.
Bu hücum son üç ildə Türkiyə əsgərlərinə qarşı ən qanlı hücumdur.
Qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) 1984-cü ildən bəri Türkiyənin cənub-şərqində vuruşur.