Türkiyə müasir dövrdə ilk dəfədir nəinki qlobal iqtisadi böhrana davam gətirə, hətta 2010-cu ildə ciddi iqtisadi problemlərlə qarşılaşmış Avropadan özünü təcrid edə bilib. Türkiyə iqtisadiyyatı durmadan inkişaf edir. Lakin yeni hökumət qarşısında bir sıra ciddi problemlər də durur.
2002-ci ildə hakimiyyətə gəldikdə Ədalət və İnkişaf Partiyası dərin maliyyə böhranı ilə qarşılaşmışdı.
Türkiyə iqtisadiyyatına yardım məqsədi ilə Beynəlxalq Valyuta Fondu ölkənin iqtisadi inkişaf planına dəstək verdi. İndi üstündən 10 keçdikdən sonra Türkiyə iqtisadi nəhəngə çevrilib.
İndi yenidən sükan arxasında olan Ədalət və İnkişaf partiyası hökumətin başlıca prioritetləri arasında yeni iqtisadi sınaqlara cavab vermək üçün siyasət hazırlamalıdır.
İqtisadi artımın ildə 9 faiz olduğu bir şəraitdə inflasiyanın arta biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Ümumdaxili məhsulun həcmi 8 faiz artdığı halda, defisitin artması ilə də bağlı narahatlıqlar var.
İstanbulda Global Securities ticarət evində baş iqtisadçı Emre Yigit deyir ki, hazırda deficit təhlükəli olmasa da, o bir vaxt nəzarətdən çıxa bilər. “Türkiyə ayda 10 milyard dollardan az borc götürməlidir. Həm ölkə daxilində, həm də xaricdəTürkiyə iqtisadiyyatının gücünü və xalqın etibarını sübuta yetirmək üçün gələn illər bunu eyni səviyyədə saxlamaq lazımdır. Lakin əvvəl-axır arta da bilər.”
Qlobal maliyyə bazarları türk istehlakçılarının idxala tələbatını azaltmaq üçün Türkiyənin mərkəzi bankının faizləri qaldırmasına çalışırdı. Lakin mərkəzi bank bunun iqtisadiyyata yeni maliyyə axını ilə nəticələnə biləcəyindən ehtiyat edir. Bu isə öz növbəsində, türk lirasının zəifləməsi və daha artıq idxal məhsullarının alınmasına gətirib çıxara bilər.
Hökumət tələbatın artmasının qarşısını bankların maliyyə ehtiyatlarının həcmini artıraraq, isthelakçılara borc veriləcək maliyyəni azaltmaqla aldı.
Bu yanaşma tərzi bazarı daha da qıcıqlandırdı, xüsusilə də Yunanıstanda baş verənlər nəzərə alınanda.
Finance Bankda baş iqtisadçı İnan Demir deyir ki, vaxt Türkiyənin xeyrinə işləmir. O,Türkiyənin mərkəzi bankına bəraət qazandırsa da, qlobal maliyyə bazarında qeyri-müəyyən vəziyyətin nəzərə alınmalı olduğunu deyir.
Bahçeşehir universitetində politoloq Cengiz Aktar vəziyyətin qeyri-sabit olduğunu deyir.
“Xaricdən nağd pul gətirilməlidir. Türkiyənin əmanət faizləri sıfır səviyyəsindədir. Birbaşa xarici investisiyaya ehtiyac var. İxracatı artırmaq üçün idxal da artmalıdır. Mən qorxuram ki, bu xoşbəxtlik zənciri fundamental və makro qərarlar olmasa qırıla bilər.”
Qərb standartlarına görə Türkiyənin böyük hissəsi yoxsul olaraq qalır. Anadolunun əksər yerlərində İstanbulun və qərb sahilinin dəbdəbəsini görmək mümkün deyil. Bununla belə Türkiyənin iqtisadi inkişafı onu Birinci Dünya ölkəsi olmaq perspektivinə indi həmişə olduğundan daha çox yaxınlaşdırıb. Amma sual budur ki, bu nə qədər sürəcək?