N!DA İH-nin üzvü Rəşadət Axundovun həyat yoldaşı Amerikanın Səsinə danışır
Araz Axundov atası N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbsindən 12 gün sonra dünyaya göz açıb. Bir çox fəal Rəşadətin övladının dünyaya gəlməsindən əvvəl saxlanılmasını gənc dissidentin ailəsinə psixoloji təzyiq kimi qiymətləndirir. Ailənin xanımı Türkan Hüseynova Amerikanın Səsinə müsahibəsində hadisənin həqiqətən də mənəvi təsir göstərdiyini bildirib. “İnsan günahsız həbs olunanda və üstəlik həyatında vacib bir günə 10 gün qalmış həbs olunanda, bu, təbii ki, insana daha çox təsir edir,”- deyə Türkan Hüseynova bildirib. O, həyat yoldaşı ilə yanaşı saxlanılan digər N!DA üzvlərinin günahsız olduğunu dilə gətirərək, həbs olunmaqlarının ailələri üçün mənəvi zərbə olduğunu deyib.
Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibədə Rəşadət Axundovla görüşə bilmədiyini vurğulayan xanım Hüseynova yalnız telefonla əlaqə saxladığını bildirib: “Rəşadət övladını ancaq fotoda görüb. Ona foto göndərmişik.”
O, habelə cəmiyyətin və dostlarının ailəyə dəstəyindən də danışıb. Türkan Hüseynova ilə müsahibəni dinləməklə aşağıdakı suallara cavab tapacaqsınız:
O, habelə cəmiyyətin və dostlarının ailəyə dəstəyindən də danışıb. Türkan Hüseynova ilə müsahibəni dinləməklə aşağıdakı suallara cavab tapacaqsınız:
- Türkan Hüseynova həbsi nə üçün qanunsuz hesab edir?
- Rəşadət Axundovun həbsinə hazır idilərmi?
- Türkan Hüseynova həyat yoldaşının övladının dünyaya göz açmasından bir neçə gün öncə həbs edilməsini təsadüf hesab edirmi?
- Övladları üçün Araz adını kim seçib?
-
Bu həbs Rəşadət Axundovu dəyişə bilərmi?
Your browser doesn’t support HTML5