Hazırda Nəsimi Rayon Məhkəməsinin önündə olan N!DA Vətəndaş Hərəkatının İH-nin üzvü Turqut Qəmbər Amerikanın Səsinə bildirib ki, məhkəmə Rəşadət Axundov haqda 3 aylıq həbs qətimkan tədbiri seçib. Onun sözlərinə görə, yarım saata yaxın davam edən məhkəmə prosesindən sonra hakim müşavirəyə gedib. Təxminən 20 dəqiqə sonra müşavirədən qayıdan hakim 3 aylıq həbs qətimkan tədbirinin seçildiyini bildirib. Qeyd edək ki, Rəşadət Axundov da N!DA İdarə Heyətinin saxlanılan digər iki üzvü kimi 228.3 maddəsi ilə mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etməkdə ittiham olunur. Bu ittihamla 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. [Mətn videodan sonra davam edir.]
-----------------------------------------------------------------------------
Rəşadət Axundovun məhkəməsi davam edir
Nəsimi Rayon Məhkəməsinin önündə olan gənc fəalların Amerikanın Səsinə bildirdiyinə görə, Rəşadət Axundov artıq məhkəməyə gətirilib. Onun məhkəmə prosesinin artıq başladığı bildirilir. Zaur Qurbanlı isə indilərdə Üzeyir Məmmədlinin məhkəmədən çıxarılıcağını deyir.
------------------------------------------------------------------------------
Üzeyir Məmmədli haqda 3 aylıq həbs qətimkan tədbiri
Zaur Qurbanlının Amerikanın Səsinə bildirib ki, məhkəmə başa çatıb. N!DA üzvünün sözlərinə görə, 228.3 maddəsi ilə ittiham olunan Üzeyir Məmmədli haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılacaq. Məlumatı onlara Üzeyir Məmməmdlinin vəkili Fəxrəddin Mehdiyev verib. "Saxlanandan bəri nə Rəşadəti, nə də Üzeyiri görmüşük. İndi Üzeyirin məhkəmə binasından çıxarılmasını gözləyirik" - deyə Zaur Qurbanlı Amerikanın Səsinə bildirib.
O əlavə edib ki, hələlik Rəşadət Axundov məhkəməyə gətirilməyib və Ağır Cinayətlərə Dair İstintaq İdarəsindədir. "İdarənin önündə də bizim adamlar var. Hələ ki Rəşadəti idarədən çıxarmayıblar" - deyə Z.Qurbanlı bildirib.
-------------------------------------------------------------------------------
Üzeyir Məmmədlinin məhkəmə prosesi
N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı Amerikanın Səsinə (www.amerikaninsesi.org) bildirib ki, hazırda Üzeyir Məmmədli Nəsimi Rayon Məhkəməsindədir, proses davam edir. "Üzeyirin vəkili Fəxrəddin Mehdiyev onun yanındadır. Məhkəmə qapalı keçdiyindən heç birimizi içəri buraxmırlar. Hazırda məhkəmə binasının önündə 20-dən çox adam var. Rəşadət Axundovun da indilərdə buraya gətiriləcəyini ehtimal edirik" - deyə Zaur Qurbanlı Amerikanın Səsinə bildirib.
Bizi izləyin, ən son məlumatlar daxil olduqca, işıqlandıracağıq.

Elmin Bədəlov: "Tərslikdən nömrəm yandı. Dublikatını cıxardıram"
Uzun müddət Elmin Bədəlovdan heç bir məlumat olmasa da, bir neçə dəqiqə öncə o öz Facebook səhifəsində belə bir status paylaşıb: "Terslikden nomrem yandi. Dublikatini cixardiram".

Elmin Bədəlovdan xəbər yoxdur
Fəallar Amerikanın Səsinə bildirir ki, N!DAnın digər üzvü Elmin Bədəlova da heç bir əlaqə qurmaq mümkün deyil. Onlar E.Bədəlovun da saxlanılma ehtimalını istisna etmir.

Üzeyir Məmmədli də saxlanıb
Turqut Qəmbər Amerikanın Səsinə bildirib ki, təxminən 10 dəqiqə əvvəl, 4:40 radələrində N!DA İdarə Heyətinin digər üzvü Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev onun yaxınlarına zəng edərək bildirib ki, hazırda cənab Məmmədlini Nəsimi Rayon Məhkəməsinə aparırlar. "Üzeyir Məmmədli bu gün 2:30 radələrində evdən çıxıb və bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb". Turqut Qəmbərin sözlərinə görə, vəkil Üzeyir Məmmədlinin 228.3 maddəsi ilə (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsi ilə ittiham edilir. Bu ittihamla 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Rəşadət Axundov saxlanıb
N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərin Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi məlumata görə, hərəkatın digər üzvü Rəşadət Axundov saxlanaraq Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılıb. Bu barədə onlara məlumatı Rəşadət Axundovun əvvəldən müqavilə bağladığı vəkil verib. Turqut Qəmbər bildirib ki, Rəşadət Axundov günorta saat 2:30 radələrində evdən çıxandan sonra onunla təmas qurmaq mümkün olmayıb. "Mənimlə görüşməli idi. Günorta 2:30-da evdən çıxıb ki, bir yerdə görüşək. Ancaq sonra onunla əlaqə qura bilmədik. Saat günorta 4:00 radələrində vəkil Namiq bəy zəng eləyib bildirdi ki, Rəşadəti Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar. İndi biz idarənin önünə gedirik," - deyə Turqut Qəmbər bildirib.
Turqut Qəmbər bunun əvvəlki həbslərlə bağlı olduğunu vurğulayıb. O deyib ki, ehtimal ki burada söhbət şahid qismində yox, şübhəli şəxs qismində saxlanmaqdan gedir: "Adətən şahid qismində saxlanmaq olmur, dəvət olur. Zəng edib dəvət edirlər ki, bu ünvana gəl. Ancaq Rəşadəti heç kimin xəbəri olmadan, əvvəlcədən xəbər etmədən götürüb aparıblar. Biz bunu N!DAya qarşı basqıların davamı kimi qiymətləndiririk," - deyə Turqut Qəmbər Amerikanın Səsinə bildirib.
Rəşadət Axundov N!DA Vətəndaş Hərəkatının təsisçilərindən və İdarə Heyətinin aparıcı üzvlərindən biridir.
Xatırladaq ki, martın 14-də N!DA İdarə Heyətinin digər üzvü Rəşad Həsənov, martın 9-da N!DA-nın üç fəalı - Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.