Türk zəvvarları gətirən avtobus Suriyada silahlı hücuma məruz qalıb

Türk zəvvarları gətirən avtobus Suriyada silahlı hücuma məruz qalıb

Suriyanın şimalında silahlılar Səudiyyə Ərəbistanından, Həcc ziyarətindən türk zəvvarları qaytaran avtobusu atəşə tutublar. İki nəfərin yaralandığı bildirilir.

Türkiyə mediası bildirir ki, sürücü yoxlanış məntəqəsində Türkiyəyə doğru yolu soruşandan sonra avtobuslar hücuma məruz qalıb. Daha sonra avtobuslar sərhədi keçərək Türkiyə çatıb və yaxınlıqdakı xəstəxanada yaralılara təcili yardım göstərilib. Silahlıların kim olması bəlli deyil.

Türkiyə Xarici İşlər Nazirliyi hücumun Suriyada baş verdiyini təsdiq etsə də, təfərrüata varmayıb.

Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya prezidenti Bəşar Əl-Əsədə xəbərdarlıq edərək demişdi ki, onun hakimiyyətdən getməsinə çox az vaxt qalıb və o, hərbi qüvvələrdə qeyri-müvafiq istifadə edərək hakimiyyətdə qala bilməz.