Traktor Tehranın İstiqlal komandasına 2-1 hesabı ilə qalib gəldi (VİDEO)

  • Insafəli Hidayət

Traktor Tehranın İstiqlal komandasına 2-1 hesabı ilə qalib gəldi (VİDEO)

Təbrizin Traktor futbol komandası (timi) Tehranın sevimlisi olan İstiqlal komandsına 2-1 uddu. Bu oyun bazar günü Tehranın 100 000 nəfərlik stadiyonunda keçirildi. Traktor İstiqlala qarşı bu qələbəsi ilə mümkün 3 xalı əldə etdi. Beləliklə də, Traktor Asiya Klub Çempionatında iştiraka daha bir addım yaxınlaşdı.

Təsdiq olan xəbərlərə əsasən, bu oyundan sonra, Tehranda və İranın Azərbaycan şəhərlərində, xüsüsilə Təbrizdə, on minlərlə azərbaycanlı xiyabanlara axışıb şənlik etdilər. “Qol” sitəsi yazır ki, Traktorun birinci qolunu oyunun 7-ci dəqiqəsində Əli Əlizadə vurdu. Traktorun ikinci qolunu isə 85-ci dəqiqədə Traktorun iraqlı oyunçusu Kərrar vurdu. İstiqlalın yeqanə qolunu isə 34-cü dəqiqədə Seyid Salehi vurdu.

İranlılar arasında çox populyar olan və fars dilində yayılan “Qol” sitəsi azərbaycanlıların Tehranda bu matçın tamaşasına getmələrinə işarə edərək, oyunun lap əvvəlinci dəqiqəsindən yazır: "İstiqlal komandasının azarkeşləri Traktorun tərəfdarları ilə müqayisədə o qədər də nəzərə çarpmır" və "Azadidə Azərbaycan musiqisi çalınırkən, İstiqlalçılar etiraz edirlər, amma Azadinin atmosferi elədir ki, eləbil Azadini Təbrizin mərkəzinə aparıblar". “Qol” saytında əlavə olunur ki, Traktorun azarkeşləri Səhər televiziyasının müxbirini tənqid edirlər. Onların dediklərinə görə, müxbir Traktorun təfdarlarının İstiqlalın azarkeşlərindən neçə qat çox olduğunu demək istəmir.

Təbriz Millət vəkili İşrət xanım Şayiqin eyni adlı sitəsi də yazır ki, bundan belə təbrizlilərin sevimlisi Traktor Tehrandadı, amma onun tərəfdarları Təbrizdə xiyabanlara və küçələrə axışıb bu qələbəni qeyd edirlər. İşrəti Şayiq saytı Nəsrin müxbirinin xəbərinə istinadən yazır ki, Traktorun tərəfdarları Təbrizin meydanları, o cümlədən Abirəsan, Nisfirah, Vəliəsr və digər yerlərdə saatlarla şadlıq etdilər. İşrəti Şayiq bunu da qeyd edir ki, bu oyunun önəmindən dolayı, Şərqi Azərbaycan valisi (ustandarı) Tehranın Azadlıq stadionunda hazır olub və matçı yaxından izləyib.

Təbriz Post sitəsi də yazıb ki, Təbriz əhalisinin çoxu, Bağmeşə, Abbasi, Vəliəsr, Nisfirah, 42 Metrlik, Heydərabad, Rüşdiyyə, Lalə, Şəhnaz və Abirəsan kimi yerlərdə toplaşıb şadlıq etdilər. Bu sitə xəbərin davamında Təbrizin bəzi məhəllələrində toplaşanların siyasi məhbusların azadlığını tələb edən şüarlar səsləndirdiklərini və bunun nəticəsində azı 10 nəfərin təhlükəsizlik məmurları tərəfindən tutulduğunu yazsa da, onlardan heç birinin adını verməyib.