Tofiq Yaqublu həbsxanaya qaytarılıb

Tofiq Yaqublu (Foto Ülvi Həsənlinindir)

Qızının dəfnində iştirak üçün müvəqqəti olaraq həbsdən azad edilmiş Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu mayın 1-də cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Hüquq müdafiəçilərinin, ictimai və siyasi təşkilatların dövlət başçısına müxalifətçini əvf etmək haqqında çoxsaylı müraciətlərinə baxmayaraq, Yaqublu həbsxanaya qaytarılıb.

Xatırladaq ki, Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllı şəhərində kütləvi iğtişaşların təşkili ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

Amnesty International Yaqublunu “vicdan məhbusu” elan edib.