Siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 25-i Bakının Qaraçuxur qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb. Dəfndə yüzlərlə insan - ölkənin tanınmış ictimai-siyasi xadimləri, Yaqublu ailəsinin yaxınları və dostları iştirak edib.
Cənazə Tofiq Yaqublunun mənzilinin qarşısından saat 13 radələrində qaldırılıb.
Nərgiz Yaqublu iki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik səbəbilə vəfat edib. Onun cənazəsi aprelin 24-ü axşam saatlarında Bakıya, atası evinə gətirilib.
Nərgiz Yaqublu son mənzilə dostlarının hazırladığı "Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN" transparantı, şəkilləri və gül-çiçəklə yola salınıb.