Aprelin 15-i “Titanik” gəmisinin Atlantik okeanında aysberqə dəyərək qəzaya uğramasından 100 il keçir. Dünyanın ən nəhəng lüks gəmisi olan “Titanik” 1912-ci ildə Britaniyanın Soufhampton şəhərindən Nyu-Yorka ilk dəfə səyahətə çıxmışdı. Aysberqə dəyəndən sonra üç saat ərzində batan gəminin 1500 sərnişini həyatını itirmişdir.
“Titanik”-in faciəli taleyi bir əsrdir insanların diqqətini özünə cəlb edir. Gəminin qəzaya uğramasının 100 illiyi ilə əlaqədar isə kino və sənədli filmlər nümayiş etdirilir, sərgilər keçirilir.
Bu yaxınlarda “Titanik” haqda yeni kitab işıq üzü görüb, Hollivud ulduzları Leonardo Di Kaprio və Keyt Vinsletin baş rollarda çəkildiyi Oskar mükafatı almı eyni-adlı kino-film bu günlər 3-D formatında kino-ekranlara çıxıb.
Bir həftə bundan əvvəl isə “Titanik”-in marşrutunu təkrar edən Blamoral gəmisi Britaniyadan ABŞ-a yollanıb. Gəminin sərnişinlərinin çoxu “Titanik”-də həlak olmuş insanların qohumlarıdır. Gəminin qəzaya uğradığı yerdə həlak olanların xatirəsinə anım mərasiminin keçirilməsi planlaşdırılıb.
“Titanikin Səyahətləri” adlı kitabın müəllif Riçard Davenport Hayns deyib ki, o batmış gəmiyə bu dərəcədə marağın səbəbini insanlarda təhlükəsizliyinə təminat olanda belə, bəzən ən müasir texnologiyaların da sıradan çıxa bilməsilə bağlı narahatlıqlarla izah edir.