Accessibility links

100 il bundan əvvəl "Titanik " gəmisi qəzaya uğradı (Video)


Batmış gəmi 1985-ci ildə aşkar edildikdən sonra çox sayda təhqiqatlar aparıldı

100 il bundan əvvəl, 1912-ci il aprel ayının 15-də ilk dəfə ən böyük və ən gözəl sərnişin gəmisi Titanik Şimal Buzlu Okeanında aysberqə dəyərək, qəzaya uğradı. Qəzadan cəmi 3 saat sonra gəmidə olan sərnişinlərdən üçdən-ikisi buzlu suda boğularaq, yaxud donaraq öldü, gəmi isə okeana qərq oldu.

Titanikin batması insanlarda sonsuz maraq doğurur. İldönümünə cəmi bir neçə gün qalmış dünyada məşhur olan "Titanik" filminin 3-D versiyası kino ekranlarına çıxıb. Las-Veqasda isə okeanın dibindən, batmış Titank gəmisində tapılan əşyaları nümayiş etdirən sərgi açılıb. Hətta orada gəminin bir parçasını da görmək olar.

Titanikdə səyahət edən iki mindən çox sərnişindən cəmi 710 nəfəri sağ qalmışdı. Bundan əvvəlki “Unudulmaz Gecə” adlı filmdə Titanik batarkən xilasedici qayıqların kifayət qədər olmadığı nümayiş etdirilmişdi. Onlardan əsasən qadınlar və uşaqların xilası üçün istifadə edildi. Üçüncü sinif sərnişinlər və kişilərin çoxu isə gəmi ilə birlikdə batdı.

Pol Kurzman o vaxtlar Nyu-Yorkda yaşayan, zəngin Aysidor və İda Ştrausun nəvəsidir. Onlar gəminin birinci klas hissəsində qalırdılar. Lakin həmin gecə onlar öz imtiyazlarından imtina ediblər. “Aysedor gəmidə ya bir qadın və ya bir uşaq qalmayana qədər mən xilas qayığına minmərəm,” deyib." -deyə, Kurzman bildirir.

Onun həyat yoldaşı İda onunla birlikdə qaldı. Bunu “Unudulmaz Gecə”-də görmək olarş.

Batmış gəmi 1985-ci ildə aşkar edildikdən sonra çox sayda təhqiqatlar aparıldı, şəkillər çəkildi, gəminin ətrafındakı qalıqlar çıxarıldı. Gernsi hərracından Arlan Ettinger: “Yaddaşlarda həkk olmuş bu faciəyə, orada həyatlarını itirənlərə hörmət olaraq, gəmidəki heç bir şeyə əl vurulmadı. Ora bir ibadətgah kimi qaldı.”

Arlen İttincer Nyu-Yorkdakı Gernsi hərracının prezidentidir. O, hərraca 5500 əşya qoyulduğunu deyir. “Atlantik okeanında cərəyan verən kəskin şərait səbəbindən Titanik bu yaxınlarda yoxa çıxacaq. Bu kolleksiya doğrudan da Titanikdən bir xatirə olaraq qalacaq.”

“Voyagers of the Titanic”-in müəllifi Riçard Davenport-Haynes kasıbından tutmuş varlısına qədər, gəmidəki insanlar barədə yazıb. O, Titanikin başına belə bir fəlakətin texnoloqların təkəbbürü üzündən gəldiyini deyir. “Titanik buna bir misaldır. Bu gəminin bata bilməyəcəyini düşünürdülər. O, buzlu suda çox sürətlə gedirdi. Elə bilirdilər ki, bu gəmiyə heç nə olmaz."

Mütəxəssislər gəminin gövdəsindəki pərçimlərin aysberqlə toqquşmaya tab gətirə bilmədiyini və bu üzdən Titanikin sulara qərq olduğunu deyirlər.

XS
SM
MD
LG