The New York Times qəzetində “Dissident həbsdən azad edilib, lakin cəzası hələ bitməyib” adlı məqalə dərc edilib. Qəzet yazır ki, bloqer və müxalif fəal Emin Milli həbsdən azad edildikdən sonra normal həyatına qayıdacağına ümid edirdi. Lakin çox çəkmədi ki, Emin həbsdən əvvəlki həyatının arxada qaldığını başa düşdü.
Məqalənin müəllifi Ellen Barri yazır ki, Eminin xuliqanlıq ittihamı ilə 17 ay həbs cəzası çəkməsi hər kəsə gülünc görünsə də, onun qaynatası və xanımı işdən kənarlaşdırılıb. Həbsdə ikən atasını itirən Emin Millinin iş tapmaq şansı sıfıra bərabərdir. Millinin müraciətləri cavabsız qalır. Beynəlxalq təşkilatlarda çalışan və adlarının açılanmasını istəməyən işçilər menecerlərin Emin Millini işlə təmin etməmək göstərişi aldıqlarını deyib. Qəzet yazır ki, Azərbaycan hökuməti təhlükəyə çevrilmədən öncə Facebook istifadəçilərinə qarşı ölçülər götürür. Baş qaldıran etirazlar tezliklə yatırılır.