Milli Məclis Cinayət Məcəlləsi və “Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavə və düzəlişləri müzakirə edəcək
Milli Məclis terrorizmə sponsorluq edənlərə, muzdlulara, terrorçularla əlbir olanlara qarşı sanksiyalar nəzərdə tutan qanunvericiliyi sərtləşdirəcək.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin bugünkü iclasında Azərbaycan Cinayət Məcəlləsinə və “Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavə və düzəlişlərin müzakirəsi zamanı sözügedən komitənin sədri Ziyafət Əsgərov bildirib ki, mövcud tədbirlər beynəlxalq cinayətkar qruplaşmalar tərəfindən artmaqda olan çağırışlara adekvat deyil.
Cinayət Məcəlləsinə düzəlişə görə, terrorizmin maliyyələşdirilməsində ittiham olunanlar 10 ildən 14 ilədək (sanksiyanın mövcud həddi 8-12 il), muzdlular 5 ildən 11 ilədək müddətə (hazırda 3-8 il) həbs olunurlar.
“Azərbaycan terrorizmə qarşı mübarizəyə dair 15 beynəlxalq konvensiya ratifikasiya edib, bir sıra qanunvericilik aktları qəbul edilib. Terrorizmə çağırışlar, terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi və müxtəlif dövlətlərin vətəndaşlarının başqa ölkələrdə gedən müharibələrə cəlb olunması böyük problemə çevrilib, ölkənin milli maraqlarına ziyan vurur”, deyə cənab Əsgərov deyib.
Cinayət Məcəlləsinin 114-cü maddəsinə (muzdluluq) muzdluların toplanması, təliminin təşkili və ya digər maliyyə yardımının göstərilməsi, həmçinin onlardan hərbi münaqişələrdə və əməliyyatlarda istifadəyə görə cəza 8 ildən 12 ilədək (mövcud sanksiya 4 ildən 8 ilədək) azadlıqdan məhrumetməni nəzərdə tutur. Sözügedən qanunazidd hərəkətlər vəzifəli şəxslər tərəfindən və ya həddi-buluğa çatmayanlara qarşı törədildikdə 9-15 ilədək (hazırda 8 ildən 15 ilədək) azadlıqdan məhrumetmə kimi təsdiqlənə bilər.
Terrorçuluqla məşğul olmağa (ictimai təhlükəsizliyin pozulması, əhali arasında çaxnaşma salmaq, dövlət hakimiyyət orqanlarının və ya beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara təsir göstərmək üçün adamları məhv etmək, ictimai təhlükəsizlik üçün qorxu olan partlayışların, yanğınların törədilməsinə görə cəza 10 ildən 12 ilədək (hazırda 8-12 il) azadlıqdan məhrumetməni nəzərdə tutacaq.
Düzəlişlər təqdir edilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Müşahidəçilərin fikrincə, terrorçuluğa və muzdluluğa görə cəza tədbirlərinin sərtləşdirilməsi Suriyaya döyüşə gedən Azərbaycan vətəndaşlarının sayının artması ilə bağlıdır. Son aylar yüzlərlə Azərbaycan vətəndaşı Suriyaya gedərək Bəşər Əsədin əleyhdarlarının tərəfindən döyüşür. Qeyri-rəsmi məlumatlara görə, Suriyada 60-a yaxın azərbaycanlı həlak olub.