İran psixoloqlarının açıqladığı son hesabatda əhalinin 21 faizinin müxtəlif psixoloji problemlərdən əziyyət çəkdiyi deyilir. Kanadanın Toronto şəhərində sığınacaq almış psixoloq Talas Avşar İranda insanların üzləşdiyi psixoloji mühiti rejimin əzici mahiyyəti ilə izah edir.
Cənab Avşarın sözlərinə görə sadə iranlılar təkcə məişət və sosial zəmində deyil, siyasi duruma görə də ciddi narahatlıq keçirirlər. İqtisadi sanksiyaların doğurduğu ciddi problemlər ABŞ və İsrailin İslam Respublikasına mümkün hərbi müdaxiləsi ilə bağlı yaranmış qorxularla müşayiət olunur.
Konkret İran Azərbaycanında gəldikdə Talas Avşar azərbaycanlılar arasında işsizliyin yüksək olduğunu və maddi çətinliklərin depressiyaya yol açdığını qeyd etdi.
Bundan əlavə qadınlara tətbiq edilən Şəriət qadağaları bu cinsin nümayəndələri arasında ciddi psixoloji narahatlılqara bais olur. Onların fiziki görüntülərinə tətbiq olunan qaydalar və bu qaydaların azacıq pozulduğu təqdirdə qadınların döyülməsi və həbs edilməsi İslam Respublikasını qadınlar üçün dözülməz bir məkana çevirib. Hər il intihara cəhd edən 45000 iranlı arasında mütləq əksəriyyəti də qadınlar təşkil edir.
Psixoloq İranda təşkil olunan ictiami edamların iranlıların erkən yaşlarda psixologiyasına ciddi zərbə vurduğunu söyləyir. İran rəsmilərinin təqdim etdikləri rəqəmə əsasən İslam İnqilabından bəri həmin ölkədə 12000 adam ictimaiyyət qarşısında edam olunub. Bu edamları uşaqların psixikasında buraxdığı izlər özlərini həyatın sonrakı mərəhlələrində büruzə verir.

Cavanların böyük hissəsi işsiz və ümidsizdir. Ehtiyac baş alıb gedir. Bu durum Azərbaycanda qorxunc bir müstəviyə gəlib.
Bundan əlavə qadınlara tətbiq edilən Şəriət qadağaları bu cinsin nümayəndələri arasında ciddi psixoloji narahatlılqara bais olur. Onların fiziki görüntülərinə tətbiq olunan qaydalar və bu qaydaların azacıq pozulduğu təqdirdə qadınların döyülməsi və həbs edilməsi İslam Respublikasını qadınlar üçün dözülməz bir məkana çevirib. Hər il intihara cəhd edən 45000 iranlı arasında mütləq əksəriyyəti də qadınlar təşkil edir.
Psixoloq İranda təşkil olunan ictiami edamların iranlıların erkən yaşlarda psixologiyasına ciddi zərbə vurduğunu söyləyir. İran rəsmilərinin təqdim etdikləri rəqəmə əsasən İslam İnqilabından bəri həmin ölkədə 12000 adam ictimaiyyət qarşısında edam olunub. Bu edamları uşaqların psixikasında buraxdığı izlər özlərini həyatın sonrakı mərəhlələrində büruzə verir.
Your browser doesn’t support HTML5