Accessibility links

Mənuçehr Əzizi: “Milli şüur qalxmaqdadır! Milli şüur vardır!” [Audio]


İranın xüsusi xidmət orqanı Ettelaatın əməkdaşları bu yaxınlarda Təbriz şəhərində Günəş partiyasının qurucusu Mənuçehr Əzizinin evinə reyd keçiriblər.

Gecə çağında cənab Əzizinin evinə daxil olan dörd əməkdaş onun kitablarını və CD-lərini müsadirə edib. Günəş Partiyasının sədri sənədlərinin qanunsuz olaraq müsadirə olunmasına etiraz edərək bu haqda məhkəmə orqanlarına məktub ünvanlayıb.

Amerikanın Səsi ilə söhbətində Mənuçehr Əzizi Günəş partiyasının məruz qaldığı basqılardan və İran rəsmilərinin konstitutsional hüquqlara hörmət etməməsindən, cəmiyyəti qorxu içərisində saxlamasından danışıb. “Bizim fəaliyyətimiz İran qanunları çərçivəsindədir,” deyə milli fəal vurğulayıb.

Cənab Əzizi İran Azərbaycanında milli şüurun tədricən gücləndiyini və insanlarda siyasi fəallığın artdığını qeyd edib. O, İran hökumətinin basqıları qarşısında milli fəalların geri çəkilməyəcəyini və öz siyasi hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini bəyan edib.

Mənuçehr Əzizinin evinə Ettelaat reyd keçirib
please wait

No media source currently available

0:00 0:14:32 0:00
XS
SM
MD
LG