İran Tacikistanla əlaqələri möhkəmləndirir (VİDEO)

  • Amerikanın səsi

İran Tacikistanla əlaqələri möhkəmləndirir (VİDEO)

Tehran və Düşənbəni min kilometrlər ayırsa da, iki ölkə arasında dil və mədəni birlik mövcuddur

İran Tacikistanda nüfuzunun genişlənməsi üçün Rusiya ilə rəqabət aparır.

İki ölkə arasında dil bağlılığı mövcuddur. Tehran və Düşənbəni minlərlə kilometr məsafə ayırsa da, İran və Tajikistan prezidentlərinin görüşü tərcüməçisiz keçir.

Sovet İttifaqı dağıldıqdan sonra İran Tacikistanı tanıyan ilk dövlət olmuşdur. İran bayrağı isə Tacikistan bayrağı üçün nümunə götürülmüşdür.

Tacikistanın İslam Dirçəliş partiyasının lideri Mühiddin Kabiri. “Bu, insanlar arasında birlikdir. Belə olub ki, biz Tacikistan adlanan yerdə yaşayırıq, iranlılar isə başqa bir ölkədə. Bizim müxtəlif dini görüşlərimiz, yəni, iranlıların şiə, taciklərinsə sünni olduğunu nəzərə almasanız, tariximiz, ədəbiyyatımız, dinimiz və dilimiz birdir“-deyə o bildirir.

Tacikistana tez-tez səfər edən İran prezidenti Mahmud Əhmədinejad bu yaxınlığı “ iki bədəndə bir ruh” adlandırıb.

Sentyabr ayında İran prezidenti su elektrik stansiyasının açılışında iştirak etmək və ikinci layihəyə dair razılığa imza atmaq üçün Tacikistana səfər etmişdi. İran elektrik enerjisi sahəsinə investisiya etdiyi maliyyəni geri götürənə qədər hər iki stansiyada əməliyyatları özü icra edəcək.

Tacikistanın Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Sayfullo Safarov. “Bizim iqtisadi maraqlarımız, bununla bərabər enerji, ticarət və mədəniyyət sahələrinin inkişaf etdirilməsi kimi layihələr bir-biri ilə əlaqədardır”-deyə o bildirir.

İran və Çin hazırda Tacikistana ən çox xarici investisiya qoyan ölkələrdir.

Çin və İran Tacikistan ərazisindən keçəcək dəmir yolu çəkməyi planlaşdırır.

Lakin bir əsrdən çoxdur regionda dominanat qüvvə olan Rusiyanın kölgədə qalacağına çox az adam inanır.

Mühiddin Kabirinin islam partiyası Tacikistandan Rusiyaya işləməyə gedən fəhlələrlə iş aparırş “İran heç bir zaman Rusiyanın yerini tutmayacaq və əksinə Rusiya da İranın yerini. Hər ikisinin özünəməxsus rolu və yeri var. Rusiyada bizim bir milyondan artıq vətəndaşımız var”-deyə o bildirir.

Lakin uzun müddət üçün Rusiyanın burada bir əsr mövcudluğu Tacikistanın Fars imperiyası ilə 2500 ilə yaxın ümumi tarixi fonunda tədricən sönə bilər.

Demokratiya tərəfdarı blogger Zəfər Abdullayev İran və Tacikistan arasında vizasız rejimin tətbiq oluna biləcəyinə inanır. “İran hökuməti, ya da cəmiyyət daha demokratik olsa və dünyaya daha tolerant münasibət göstərsə, bu proses davam edəcək və o zaman bundan daha yaxın əlaqələr yaranacaq”-deyə o bildirir.

Zəfər Abdullayevin fikrincə, Sovet İttifaqının Mərkəzi Asiyada təsirinin artıq mövcud olmadığı bir dövrdə əgər bir-birinə yaxın bu iki ölkə münasibətlərin daha da möhkəmləndirilməsini istəyirsə, bu dəfə liberallaşmaq İranın öhdəsinə düşəcək.