Accessibility links

Mahmud Əhmədinejad ölkəsinin nüvə yolundan çəkinməyəcəyini bildirib


Mahmud Əhmədinejad ölkəsinin nüvə yolundan çəkinməyəcəyini bildirib
Mahmud Əhmədinejad ölkəsinin nüvə yolundan çəkinməyəcəyini bildirib

İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə yolundan heç cürə çəkinməyəcəyini bildirib. Prezident bunu Tehranın nüvə silahları inkişaf etdirdiyinə dair hesabatın naratlıqları artırdığı bir vaxt deyib. İranın dövlət televiziyası ilə çıxışı zamanı Əhmədinejad Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını rədd edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını inkişaf etdirdiyinə dair etibarlı məlumata malik olduğunu bəyan edib. Agentliyin hesabatında bildirilib ki, məlumat İranın nüvə silahları dizayn etdiyi və komponentləri sınaqdan keçirdiyini sübut edir.

Avropa İttifaqı agentliyin hesabatının mövcud olan narahatlıqları dərinləşdirdiyini bildirib.

ABŞ hesabatın İrana qarşı əlavə sanksiyalara yol açacağını deyib. Fransa İrana qarşı daha ciddi sanksiyalara çağırıb.

Britaniya, Fransa və Almaniya bildirib ki, İran BMT ilə əməkdaşlıqdan boyun qaçırsa, daha ağır sanksiyalarla üzləşəcək.

XS
SM
MD
LG