Son vaxtlar Şərqi Azərbaycan və Qəzvin kimi vilayətlərdə modellik və “yeraltı musiqi” sahəsində fəaliyyət göstərən bir çox model qadın, müğənni, fotoqrafçı və sosial media istifadəçisinin həbs edildiyinə dair xəbərlər yayılıb. Amerikanın Səsinə danışan jurnalist Taha Kirmaninin fikrincə, bu həbslər hakimiyyətin şəriət qanunlarını icra etməyə cəhdindən daha çox sosial media kimi mühitlər üzərindəki nəzarətini gücləndirməyə səy göstərir.
Your browser doesn’t support HTML5
Moddelik və yeraltı musiqi fəaliyyətləri göstərənlərin həbsi və bəzi iş yerlərin qapadıldığına dair xəbərləri İran xəbər agentlikləri rəsmi dövlət qurumlarına istinadən nəşr ediblər.
Moddelik və yeraltı musiqi fəaliyyətləri göstərənlərin həbsi və bəzi iş yerlərin qapadıldığına dair xəbərləri İran xəbər agentlikləri rəsmi dövlət qurumlarına istinadən nəşr ediblər.
Taha Kirmaninin bildirdiyinə görə, son aylarda nəzarət altına alınanların bir çoxuna ağır həbs cəzaları verilib. Bəziləri 5 ildən artıq həbsə məhkum olmaqla bərabər ölkədən çıxma yasağı ilə də üzləşiblər.
Kirmani deyir ki, “hakimiyyət hər şeyi və ümumiyyətlə topluma geniş səviyyədə təsir göstərən olayları tamamilə öz nəzarətində saxlamaq istəyir. Hakimiyyət nəzarətindən çıxa bilən hər hansı vasitəyə həssasdır.”
“Keçənlərdə İran ədliyyəsinin kültür müavininin açıqlamalarına baxırdım. Deyir ki, smartfon sahibləri istəyərək ya istəməyərək suç aləti daşıyırlar. Yəni dövlət rəsmisi hardasa ölkənin 50 milyon əhalisini suç işləyənlər olaraq dəyərləndirirsə, məsələyə necə baxıldığı aydın olur,” deyə Taha Kirmani sosial mediaya nəzarətin hakimiyyət üçün nə qədər önəmli olduğuna diqqət çəkir.
Misal üçün, dini və məzhəbi məzmunlu bir multimedia məhsulu belə hökümətin istədiyi və nəzarət etdiyi kanallar xaricində hazırlansa ona təpki göstərər.Taha Kirmani
Onun sözlərinə görə, İran İslam Respublikasına “önəmli olan mədəni məhsulları öz kontrolu altında saxlamaqdır. Misal üçün, dini və məzhəbi məzmunlu bir multimedia məhsulu belə hökümətin istədiyi və nəzarət etdiyi kanallar xaricində hazırlansa ona təpki göstərər.”
Kirmani həmçinin deyir ki, İran hakimiyyəti ümumiyyətlə xaric dünya ilə geniş əlaqə qurmağı mümkün edən sosial şəbəkələrin fəaliyyətinə icazə vermir.
“Sosial medianın günümüzdə təsirli olduğu telefon proqramlarına baxanda, görürük ki, İranda 45 milyon Telegram istifadəçisi var. Dünyada Telegram istifadəçilərinin hardasa yarısından çoxu İrandandır və ondan sonra Rusiya kimi ölkələr gəlir. Demək istədiyim bu ki, bunlar dünya ilə əlaqə bağlayan proqramlar deyil. Telegramı qapatmır, amma Facebook və Twitter kimi proqramları filter edir,” deyə o söyləyir.