Accessibility links

İran polisi Urmiyə və Təbrizdə 59 gözəllik salonunu qapadıb


İran polisi keçən bir ay ərzində Urmiyədə 53, Təbrizdə isə 6 qadın gözəllik salonunu bağladığını bildirib. Bu haqda İRNA və İSNA xəbər agentlikləri məlumat yayıb.

Qərbi Azərbaycan vilayətinin İctimai Təhlükəsizlik Polisinin komandiri polkovnik Rəhim Cahanbəxşin sözlərinə görə, Urmiyədə 53 gözəllik salonu “qərbə məxsus qeyri-islami saç modellərini təqdim etmək”, “qəhvədə fala baxmaq” və sağlamlığa zərər olan materiallardan istifadə etmək kimi səbəblər üzündən bağlanıb.

Polkovnik Cəhanbəxş həmçinin bu bərbərxanalarda qiymətlərin də yüksək olduğuna işarə edib. O, polisin bütün gözəllik salonlarına ciddi nəzarət etdiyini vurğulayıb.

Bununla yanaşı, Şərqi Azərbaycan polisinin ümumi məkanlara nəzarət şöbəsinin (Əmakin) komandiri Murtəza Qurbaninin sözlərinə görə, Təbrizdə “ictimai normalara uyğun olmayan” 6 gözəllik salonu və 5 internet kafe bağlanıb.

XS
SM
MD
LG