Təbriz şəhərinin örtülü bazarı və müxtəlif çarşıları, İran dövlətinin vergilərinə (malyat) etiraz olaraq bağlandı. Amerikanın səsinin Təbrizdən əldə etdiyi xəbərə əsasən, Təbrizin bir çox dükan bazarı, iki gündür ki, tətildədir. İranın müxalifəti və yaşıl hərəkatına yaxın “Təvvəhhülü Səbz” saytı yazır ki, bu aksiya ya tətil keçən Cümə axşamından, örtülü bazardan başlamış sonra digər bazarlar, timçələr və hətta xiyaban kanarında olan mağazalarada yayılıb.
Fədailər Təşkilatının xəbər saytında isə yazılıb ki, bir neçə saat ərzində, Təbrizin İslam Cümhuriyyəti, Tərbiyət və Firdövsi xiyabanları, habelə Namaz meydanındakı dükkanlar bağlandı. Bu halda, İran Cümhuriyətinin rəsmi xəbər ağentiliyi İRNA bazar günü günü, Təbriz bazarından bir xəbər verib və iddia edib ki, örtülü bazarda dükanlar açıqdır. İRNA həmən bazarın cümə və şənbə tətil olmasını təsdiq edir və bunu cümə günün tətil olması və peyğəmbərin məbəs bayramı ilə əlaqələndirir.
Müxalifət lideri Mir Hüseyn Musəviyə yaxın olduğu bilinən "Yaşıl Hərəkat Yolu” isə yazır ki, Təbrizdə yerləşən Orta Asiyanın ən böyük örtülü bazarının açıq olan qapıları çox azdır. Bu xəbərlərlə bağlı yüzlərlə şəkil müxtəlif internet sitələrində yayılıb. Bu arada bəzi təbrizlilər də çəkdikləri şəkilləri Feysbuk vasitəsilə dostları ilə paylaşırlar.
İranda vergilərə etirazlar iki həftə əvvəl, Tehran bazarından başlamışdı. Tehran bazarında dükan sahibləri , etirazın, vergilərin 80 faiz qalxması ilə bağlı olduğunu deyiblər. Tehran bazarında vergilərə etiraz olaraq dükanların bağlanmasından bir neçə gün sonra İran dövləti vergiləri 65 faiz azaltdı amma bu aksiyanın qarşısını ala bilmədi. Bazarda dükanların bağlı qalması qarşısında İran dövləti ölkənin 21 əyalətində 4 gün tətil elan etdi ki, Azərbaycan əyalətləri onların siyahısına daxil edilməmişdi. Dövlət 4 günlük tətilin səbəbini havanın çox isti olması ilə izah etdi. Bu rəsmi tətil başa çatandan sona isə Təbriz bazarı bağlandı.
Aldığımız məlumatlara görə Theran bazarının təşkiylatı dövlət idarələri ilə razılıq əldə etsələr də bazardaki dükan sahibləri etirazlarına davam etdilər. İran parlamentində azlıqda olan xalqların millət vəkillərinin xəbər sitəsi bu xəbəri təsdiq edib və yazıb ki, Tehran bazarı bağlıdır. Sayın xəbərində əlavə olunur ki, Vergilərə etirazın nə zaman dayanacağı müəyyən deyil amma dükanların bağlanması aksiyası iki həftə əvvəl başlayıb