Accessibility links

İranda tamamı azərbaycan dilində dərc olunan yeganə dərgi 'Yarpaq' bağlanıb


İranda tamamı azərbaycan dilində dərc olunan yeganə dərgi 'Yarpaq' bağlanıb
İranda tamamı azərbaycan dilində dərc olunan yeganə dərgi 'Yarpaq' bağlanıb

Təsisçi Eyvaz Tahanın verdiyi məlumata görə, Yarpağın ofisi Tehrandadır. Onun materiallarının böyük hissəsi Təbriz, Ərdəbil, Urmiya və Bakıda hazırlanırmış. “Yarpaq” Pişəvəri hökumətinin hakimiyyətindən sonra İranda rəsmi icazə ilə bütövlükdə Azərbaycan dilində nəşr olunan yeganə qəzetdir. Bütün qəzet və dərgilərdə fars dilində yazılara geniş yer verilməsi zəruridir və Pişəvəri hökumətindən sonra “Yarpaq” bu şərtələrə əməl etməyən birinci istisnadır.

İranda tamamı azərbaycan dilində nəşr olunan yeganə dərgi Yarpağın çapı dayandırılıb. Bu barədə Yarpağın internet səhifəsi məlumat yayıb. Xəbərdə deyilir ki, Güney Azərbaycan düşüncəsinin danışan dili susduruldu. Eyvaz Taha bu dərginin sahibidir. O bir müddət Azərbaycan Respublikasında İran səfirliyinin mədəniyyət işçisi olub.

Dərginin bağlanması xəbəri,Yarpağın yaradıcı heyyəti adından yazılıb ve orada dərginin üzləşdiyi problemlərə işarə olunub. Məlumatda deyilir: “Bir neçə dəfə növbəti sayımızın buraxılışına təşəbbüs göstərsək də hər dəfə yeni maneələrlə qarşılaşdıq. Nəhayət, Yarpağın nəşri barədə verilən icazə İranın Mətbuata Nəzarət Şurası tərəfindən ləğv olundu və Yarpaq son maneəni aşa bilmədi".

Dərgidə bağlanma xəbəri verilsə də "Amerikanın səsi"nin əldə etdiyi məlumata görə, hüquqi yollarla Yarpağın yenidən nəşrinə dair çalışmalar dayandırılmayacaq. Yarpağın 15-ci sayının elektron variantı bu yaxınlarda yayılacaq.

Eyvaz Taha Yarpağın hədəf və məqsədlərinə görə Bakıda nəşr olunan "Ədəbiyyat" dərgisinin müxbiri Səlim Babullaoğluna verdiyi müsahibədə deyib ki, Yarpaq Azərbaycan mədəniyyəti və Azərbaycan türkcəsinin tədrisi və təbliğilə məşğul olan dərnəklər barədə məlumat və müxtəlif sahələrdə düşüncə yazılarına yer verirdi. Onun sözlərinə görə, əsasən dərgidə ayrıca şeir, satira, karikatura, türk dünyası barədə xəbərlər və sosial elmlər, o cümlədən fəlsəfə və dünya ədəbiyyatına aid mövzulara yer verilirdi.

Eyvaz Taha əlavə edib ki, Yarpaq dərgisi 2004-cü (1383) ilin ortalarından, 12 səhifədə və tam Azərbaycan dilində (ərəb əlifbasında) nəşr olunub, azərbaycanlılar, qaşqaylar və xələc türkləri yaşayan bölgələrdə yayılıb. Eyvaz Tahanın məlumatına görə, Yarpağın ofisi Tehrandadır amma onun materiallarının böyük hissəsi Təbriz, Ərdəbil, Urmiyə və Bakıda hazırlanırmış. Yarpaq Pişəvəri hökumətinin hakimiyyətindən sonra ilk dərgi idi ki, bütövlükdə azərbaycan dilində nəşr olunurdu. İranda rəsmi icazə iləazərbaycan dilində nəşr edilən bütün qəzet və dərgilərdə fars dilində yazılara geniş yer verilməsi zəruridir və Pişəvəri hökumətindən bəri Yarpaq bu şərtə birinci istisnadır.

Eyvaz Taha Ayətullah Xameneyinin nəzarətində olan Keyhan müəssisəsinin Kiril və Latın əlifbalarında illər boyu nəşr olunan Yol dərgisinin habelə Bakıda çıxan Cahan dərgisinin təsiscisi və baş yazarı olub.

XS
SM
MD
LG