Accessibility links

İran azərbaycanlıları Azərbaycanda yaşayan qohumlarını icazəsiz qonaq saxlaya bilməz


İran azərbaycanlıları Azərbaycanda yaşayan qohumlarını icazəsiz qonaq saxlaya bilməz
İran azərbaycanlıları Azərbaycanda yaşayan qohumlarını icazəsiz qonaq saxlaya bilməz

İranın Şərqi Azərbaycan vilayətinin (ustan) Xaricilər və Mühacirlər İdarəsinin rəisi bildirib ki, İran azərbaycanlıları Azərbaycan Cümhuriyətində yaşayan qohumlarını icazəsiz öz evlərində qonaq saxlaya bilməzlər. O qeyd edib ki, xaricilərin evlərdə qonaq qalması qanundan kənardır və ə qanunu pozanlar cəzalandırılacaq. Bu xəbər gündəlik "Cümhuri İslami" qəzetində dərc edilib. Məlumat bir sıra xəbər saytları, o cümlədən Baztab, İntixab, Şiə Onlayn və 598 kimi saytlarda da yayılıb.

Bu saytların yazdığına görə, qohum və tanışlarını qəbul edən İran azərbaycanlıları 72 saat ərazində yerli Xaricilər və Mühacirlər İdarəsinə ərizə ilə müraciət edərək icazə almalıdır. Ayətullah Ali Xameneyiyə yaxınlığı ilə tanınan “Cümhuri İslami” qazeti yazır ki, 72 saat ərzində icazə alınmasa, qonaqlar mehmanxanalarda qalmağa məcburdurlar.

“Baztab” yazır ki, Təbrizin Xaricilər İdarəsinin rəisi azərbaycanlı kino və ya teatr artistləri və musiqiçilərinin İran Azərbaycanına səfəri və toylardakı iştirakına işarə edərək, belə fəaliyyətləri qeyri-qanuni adlandırıb.

Xaricdə yaşayan İran azərbaycanlıları İran dövlətinin bu siyasətini vətəndaşların xaricdəki qohumları ilə əlaqələrini məhdudlaşdırma səyi kimi qiymətləndirib. Həqiqətən də bəzi əyalətlər və şəhərlərə xaricilərin getməsi qadağan edilib. "Fars" xəbər agentliyi bildirib ki, xaricilərin Cənubi Xorasan ustanındakı Bircənd şəhərindən başqa digər şəhərlərə səfəri və orada qalmaları qadağan olunub.

Bu yaxınlarda İran dövləti Ərdəbil əyaləti ilə Azərbaycan Cümhuriyyətinin sərhədinə divar tikilməsi üçün layihə hazırlayıb və bu məqsədə böyük miqdarda vəsait ayırıb.

Digər tərəfdən İranın rəsmi mətbuatında İran azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələri əleyhinə məqalə və şərhlər dərc olunur. Azərbaycan Cümhuriyyətinin bəzi müstəqil saytları isə İranın İran azərbaycanlılarının Azərbaycan Respublikasındakı soydaşları ilə əlaqələrini məhdudlaşdıran siyasətini tənqid edir. İran isə Azərbaycan mediasının İran əleyhinə yaydığı xəbərləri İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

XS
SM
MD
LG