Sığın meşələrində kampinq
Your browser doesn’t support HTML5
Gedaday Smit parkından sonra növbəti dayanacağımız Preri Krik parkı oldu. Preri Krik parkını kəşf etməzdən öncə dayanıb, yemək yemək və gecələməyə yer tapmaq lazım idi. Biz isə bunun üçün Sığın Çəmənləri adlanan kampinq ərazisini seçdik. Milli parklarda belə kamp əraziləri $20-35 arası olur və bununla siz meşənin ortasında, çayın kənarında ocaq və yemək üçün yer, ayı və digər yırtıcı heyvan təhlükəsindən qidalarınızı qoruya biləcəyiniz dəmir qutu kiralamış olursunuz. Əvəzində isə unuda bilməyəcəyiniz təcrübə qazanırsınız. Kamp kənarı ilə çayın axışı, heyvanların qorxmadan ətrafınızda hərəkət edib qida axtarması, meşənin səssizliyi və ocağın adamın içini isidən qığılcım səsləri birləşib insanın səs-küylü şəhərdə ehtiyac duydugu, axtardığı hüzuru verir.