BMT-nin müşahidəçiləri Dəməşq ətrafında vəziyyəti monitorinq edir

  • Amerikanın səsi

BMT-nin kiçik bir müşahidəçi qrupu artıq 13 aydır davam edən münaqişədə atəşkəsə nail olmaq üçün Dəməşq yaxınlığındkı Zabadani şəhərindədir. BMT-nin səkkiz nəfərdən ibarət müşahidəçi qrupunu sözçüsü Nirac Singh bu gün onlara daha iki qrupun əlavə olunacağını deyib.

Bu arada, Avropa İttifaqı Suriyaya lüks malların və xalqa qarşı repressiv metod vasitəsi kimi istifadə edilə biləcək malların satışına qadağa qoymağa hazırlaşır. Diplomatık mənbələrdən alınan xəbərlərdə iqtisadi məsələlərlə bağlı qərarların Avropa Birliyinin bu gün Lüksemburqda keçiriləcək yığıncaqda qəbul ediləcəyi deyilir. Bu kimi mallara avtomobillər, mineral gübrələr və kimyəvi məhsullar daxildir.

Satılmasına qadağa qoyulacaq lüks malların adları hələlik müəyyən edilməsə də, bunun Suriya prezidenti Bəşar Əl-Əssəd və onun həıyat yoldaşı, Britaniyada anadan olmuş Əsmanın həyat tərzinə böyük təsiri olacağı deyilir.