Suriya fəallarının bildirdiyinə görə, hökumət qüvvələri Homs şəhərinin rəqib döyüşçülərin mərkəzləşdiyi bölgələrinə qarşı hücumları davam etdirir. Son hadisələr onsuz da həssas olan atəşkəs barədə narahatlılqları artırıb.
Britaniyada yerləşən Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə Suriya qüvvələri Xaldiyə bölgəsini toplarla atəşə tutub. Hər beş dəqiqədən bir partlayın səsləri eşidilir. 11 mülki vətəndaşın həlak olduğu deyilir.
BMT Ərəb Liqasının nümayəndəsi Kofi Annan vəziyyətin getdikcə nəzarətdən çıxdığını bildirib. BMT-nin müşahidəçi missiyası yaxın zamanda Suriyaya yola düşməlidir.