Accessibility links

Suriyada hökumət qüvvələri hücumları davam etdirir


Fəalların bildirdiyinə görə, hal-hazırda BMT-nin atəşkəs planına uyğun olaraq müşahidəçilərinin Suriyada olmasına baxmayaraq, hökumət qüvvələri müxalifətin hədəflərinə hücumlarını genişləndirmiş və nəticədə iki mülki vətəndaş ölmüş, onlarla adam yaralanmışdır.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatı hadisənin hökumət qüvvələrinin Dəra vilayətində, Azad Suriya Ordusunun nəzarətində olan Bursa Əl-Hərir şəhərinə tanklarla hücumdan sonra baş verdiyini bildirir.

Fəllar Bəşar Əl-Əsədə sadiq qüvvələrin eləcə də Homs şəhərinin hökumətə qarşı silahlı üsyanın səhnə olduğu Xaldiyə məhəlləsinə hücumlarını davam etdirdiyini bildirmişlər. Homs atəşkəsin birinci günü istisna olmaqda davamlı şəkildə hücumlara məruz qalıb.

BMT heyətinə məxsus altı müşahidəçinin artıq Suriyada olduğu, yerdə qalan 25 nəfərin isə yaxın günlərdə ölkəyə gələcəyi xəbər verilir.

XS
SM
MD
LG