Suriya müxalifət nümayəndələri prezident Əsədin hakimiyyətdən getməsi planlarını müzakirə edir(YENİLƏNİB)

  • Amerikanın səsi

Suriya müxalifət nümayəndələri prezident Əsədin hakimiyyətdən getməsi planlarını müzakirə edir(YENİLƏNİB)

Türkiyədə konfransda iştirak edənSuryia müxalifət nümayəndələri Suriya prezidenti Bəşşar əl-Əsədin hakimiyyətdən salınması planlarını müzakirə edir.

Təxminən 350 Suriya dissidenti İstanbulda “Milli Xilas konfransı”nda iştirak edir. Konfransın təşkilatçısı Haysam əl-Maleh iştirakçılara deyib ki, Suriyada hazırkı rejim onların azadlığını əllərindən ala bilməz.Əl-Maleh Suriyada həbsxanalarda cəza çəkmiş vəkildir.

Müxalifət nümayəndələri bildirir ki, Dəməşqdə keçirilməsi nəzərdə tutulan tədbir hökumətin nümayişləri dağırmasından sonra təxirə salınıb.

Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Hİllari Klinton Suriyada vəziyyəti Türkiyə rəsmiləri ilə müzakirə edib. O müxbirlərə deyib ki, Suriyada qəddarlıqlara son qoyulmalı, hökumət islahatlarını həyata keçirmək üçün legitim,səmimi səylər göstərilməlidir.

Konfransda iştirak edən kürd nümayəndələr Ameikanın səsinin kürd xidmətinə bildiriblər ki, konfrans iştirakçıları kürdlərin hüquqlarını tanımadığı üçün onlar tədbiri tərk ediblər.

Bu arada, suriyalılıar Dəməşqdə cümə günü iğtişaşlar zamanı həlak olmuş insanların dəfnində iştirak etmək üçün küçələrə çıxıb.Bəzi insanlar hökumət əleyhinə şüarlar bağırıb.

Suriya təhlükəsizlik qüvələri cümə günü hökumət əleyhinə keçirililən ən böyük nümayiş zaman nümayişçilərə atəş açmış, 32 nəfər həlak olmuşdur.

Paytaxt Dəməşq və onun ətraflarında 23 nəfərin öldürüldüyü deyilir. Dəraa, Homs şəhərləri və İdlib vilayətində də təhlükəsizlik qüvvələrin nümayişçilərə atəş açaraq onları öldürdürü bildirilir.