Suriya silahlı qüvvələrinin bir neçə gündür müxalifət tərəfinə keçmiş ordu üzvlərinə qarşı intensiv əməliyyatlardan sonra bu gün ölkənin mərkəzində yerləşən Rastan şəhərində nəzarəti yenidən ələ keçirdiyi deyilir.
Fəalların bildirdiyinə görə, silahlı qüvvələr şəhərin içərilərinə doğru irəliləyərək, ordunu tərk etmiş insanların axtarışına başlayıb. Suriya İnsan Hüquqlarının Monitorinqi qrupunun başçısı Rami Əbdül Raham deyib ki, hökumət qüvvələri paytaxt Dəməşqdən 180 kilometr şimalda yerləşən şəhərin demək olar ki bütün yerlərinə nəzarət edir.
Bu arada, Suriya müxalifət qrupları prezident Bəşar əl-Əsəd hökumətinə qarşı alyans yaratmağa səy göstərərək, Türkiyədə görüş keçirir. Müxalifət nümayəndələri və fəalların bildirdiyinə görə, müxalif qruplar alyansın yaradılması planına dair razılığın bir neçə gün ərzində ələ ediləcəyinə ümid bəsləyir.