Accessibility links

Suriyada Türkiyədən daşınan silahların anbarı aşkar edilib


Suriyada Türkiyədən daşınan silahların anbarı aşkar edilib
Suriyada Türkiyədən daşınan silahların anbarı aşkar edilib

Suriyanın dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, qonşu Türkiyədən ölkəyə gətirilən silahların anbarı aşkar edilib. Silahlara 150 tüfəng, qumbaratan və Kalaşnikov avtomatları daxildir.

Bundan əlavə bildirilib ki, Suriyanın şimal-qərb regionunun sünni müsəlman ruhanisinin 21 yaşlı oğlu qətlə yetirilib. Müfti Əhməd Bədrəddin Hüseyn prezident Bəşar Əl-Əsədin yaxın tərəfdarlarındadır.

Suriyada artıq 7 aydan çoxdur ki, dinc nümayişçilər hücumlara məruz qalır. Prezident Əsədin istefasını tələb edənlər ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edilir.

XS
SM
MD
LG